Rusiya İxrac Mərkəzi Azərbaycana bəzi məhsulların gətirilməsi üçün kredit verməyə hazırdır
Rusiya İxrac Mərkəzi (RİM) və "ROSEKSİMBANK" qeyri-enerji qeyri-xammal ixracı sahəsində istənilən tədarükü maliyyələşdirməyə hazırdır.
Day.Az bildirir ki, bunu Trend-ə müsahibəsində RİM-in nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiyanın yük avtomobili və vaqon texnikası, xüsusilə də müasir K5 (KamAZ) yük maşınları kimi məhsullarına tələbat var:
"Məhsul tədarükü ilə yanaşı biz xidmət və layihələri maliyyələşdirə bilərik".
N.Quliyev vurğulayıb ki, RİM-in dəstəyinin əsas hissəsi taxıl tədarükünün payına düşür:
"Maliyyələşdirmənin mühüm hissəsi maşına və vaqonqayırma, metallurgiyanın payına düşür. Biz, həmçinin Azərbaycanda metropoliten üçün vaqonların tədarükünün maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparırıq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре