https://news.day.az/azerinews/1439537.html
Riqada Xocalı soyqırımı barədə məlumatlandırma aksiyası keçirilib - FOTO
Riqada Xocalı soyqırımı barədə məlumatlandırma aksiyası keçirilib - FOTO
Latviyanın paytaxtı Riqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Azəri" gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Paytaxtın mərkəzi küçələrində yerləşdirilmiş elektron lövhələrdə Xocalı soyqırımı haqqında qısa məlumatlar və erməni faşizmini ifşa edən fotomateriallar əks olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре