Azərbaycan Ukrayna-Rusiya görüşünə ev sahibliyi etməyə hazırdır - Hikmət Hacıyev
Azərbaycana Ukrayna tərəfindən belə bir təklif olunmuşdu. Belə bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə hazırıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna-Rusiya görüşünə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukraynada savaşın dayandırılması, atəşkəsin əldə olunması üçün səylər göstərilir.
"Ukrayna tərəfindən belə təklif olunmuşdu. Belə bir niyyət olarsa, biz hər zaman ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ-la Rusiya generallarının görüşlərinə, NATO-Rusiya dialoquna ev sahibliyi edib. Burada məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO-nun, nə də KTMT-nin üzvüdür. Azərbaycan həmçinin Qoşulmama Hərəkatına sədrlik edir. Təklif olarsa, Azərbaycan öz dəstəyini verməyə hazırdır. Biz Ukraynada baş verən böhranı görürük. Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımlar davam edir", - Prezidentin köməkçisi əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре