Bakıda velosiped zolağı inşa edilir?

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti şəhərin mərkəzi küçələrini Dənizkənarı Milli Parkla əlaqələndirən yolun "Sahil bağı" ətrafından keçən hissəsində velosiped zolağının inşası ilə bağlı açıqlama verib.

BŞH-dən Day.Az-a verilən məlumata görə, bu küçələrdə təhlükəsizlik hasarının özək konstruksiyası 2016-cı ildən etibarən quraşdırılıb.

Formula 1 Azərbaycan Qran Prisinin keçirilmədiyi müddətdə bu özək konstruksiya piyadaların hərəkətinə mane olmamaq üçün asfalt örtüyünün altında qalır və üzəri xüsusi qoruyucu ilə bağlanır.

Velosiped zolağının çəkilməsindən öncə BŞH piyada və ya velosipedlərin hərəkətinə mane olmaması üçün bu özəklərin yerinin dəyişdirilməsini və ya velosiped zolağının özəklərdən kənarda salınmasının vacibliyini Bakı Nəqliyyat Agentliyinə bildirib. Yaranmış narahatlığın həlli üçün Bakı Nəqliyyət Agentliyi ilə razılaşdırılaraq müvafiq tədbirlər görüləcək.