Türkiyənin sement ixracı azalıb

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.