Telefonu təyyarə rejiminə keçirməyin üstünlükləri

Telefonu təkcə uçuş zamanı deyil, adi vaxtlarda da təyyarə rejiminə keçirmək olar.
Day.Az lent.az-a istinadən bildirir ki, bu funksiyanın faydaları böyükdür. Ancaq bəzən çətinlikləri də olur.
Telefon təyyarə rejimində olduqda nə baş verir?
Telefonunuzu təyyarə rejiminə qoyduğunuz zaman bütün simsiz bağlantılar söndürülür - mobil, Wi-Fi, Bluetooth, GPS.
Buna görə də, reboot əvəzinə rabitə və ya internetlə bağlı problemlər olduqda təyyarə rejimi istifadə edilə bilər. Bunun üçün sadəcə telefonunuzu təyyarə rejiminə qoyun, 20-30 saniyə gözləyin və təyyarə rejimini söndürün.
İkincisi, telefonunuzu təyyarə rejiminə qoymaq batareya enerjisinə qənaət edə bilər. Həmçinin, təyyarə rejimini yandırmaq şarj sürətini əhəmiyyətli dərəcədə artıracaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре