COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı oldu - FOTO
COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açılış mərasimi keçirilib.
Day.Az xəbər verir ki, açılış mərasimində COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un gənclər iqlim üzrə çempionu Leyla Həsənova, könüllülər və media nümayəndələri iştirak edib, mərkəzdə yaradılan zonalarla tanış olublar.
Mərkəz qeydiyyat, akkreditasiya kartlarının və uniformaların paylanması üçün zona, dəstək masası və qeydiyyat zonası yaradılıb.
Qeyd edilib ki, mərkəz həftənin 6 günü fəaliyyət göstərəcək.
Mərkəzin açılış mərasimində jurnalistlərə açıqlama verən COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, COP29 üçün hazırlanan uniformalar həm rəng, həm də dizayn nöqteyi-nəzərindən zövqlə seçilmiş bir geyimlərdir.
"Uniformalar həm əməkdaşlara yaraşacaq, həm də COP29-un əməkdaşlarının digər qonaqlardan seçilməsinə imkan verəcək",- deyə nazir əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре