Böyükşor hövzəsi üzrə 56,5 milyon manata kanalizasiya kollektoru tikiləcək

Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektoru tikiləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "T.T.Ş.-İnşaat" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 56,5 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "T.T.Ş.-İnşaat" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 27 411 149 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğludur.