https://news.day.az/azerinews/1789716.html Pişiyi sayəsində xərçəng olduğunu öyrəndi - "Həyatımı xilas etdi" İzmirdə yaşayan 51 yaşlı Cavidan Akkaya həyatını dəyişdirən hadisəni təsadüfən pişiyi sayəsində yaşayıb. O, Şanlı adlı pişiyini oxşayarkən onun qarnında sərtlik hiss edib və bir həftə sonra özünü yoxladıqda sinəsində oxşar sərtlik aşkar edilib.

Pişiyi sayəsində xərçəng olduğunu öyrəndi - "Həyatımı xilas etdi"

Azərbaycanca, 22 октября 2025 02:15 (UTC +04:00) 468
Pişiyi sayəsində xərçəng olduğunu öyrəndi

İzmirdə yaşayan 51 yaşlı Cavidan Akkaya həyatını dəyişdirən hadisəni təsadüfən pişiyi sayəsində yaşayıb. O, Şanlı adlı pişiyini oxşayarkən onun qarnında sərtlik hiss edib və bir həftə sonra özünü yoxladıqda sinəsində oxşar sərtlik aşkar edilib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Akkaya həkimə müraciət etdikdən sonra ona döş xərçənginin ikinci mərhələsi diaqnozu qoyulub.

Akkaya bildirib ki, əvvəlcə bu halı menopozla əlaqələndirib, lakin xəstəxanada aparılan müayinələrdən sonra diaqnoz təsdiqlənib. O, Prof. Dr. Varlık Erol tərəfindən əməliyyat olunub, daha sonra kimyaterapiyaya başlayıb.

"Pişiyim Şanlını oxşayarkən sərtlik hiss etdim. Bir neçə gün sonra özüm də eyni hissi sinəmdə gördüm və həkimə getdim. Erkən diaqnoz həyatımı xilas etdi. Hər qadın ildə ən azı bir dəfə müayinədən keçməlidir", - deyə Akkaya bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости