https://news.day.az/azerinews/1813688.html “Kəpəz”in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır Gəncədə bıçaqlanma hadisəsi baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

“Kəpəz”in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır

Azərbaycanca, 3 февраля 2026 09:11 (UTC +04:00) 327
“Kəpəz”in futbolçusu bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun futbolçusudur. O, "Turan Tovuz" futbol kulubundan transfer edilib.

Faktla bağlı araşdırma aparılır.

***

"Kəpəz"in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: "Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости