ABŞ İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb - Donald Tramp
ABŞ İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Day.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" səhifəsində bəyan edib.
Onun sözlərinə görə, əməliyyatın məqsədi İranda hakimiyyətdə olan qüvvələrdən qaynaqlanan təhlükənin aradan qaldırılması yolu ilə Amerika xalqının müdafiəsini təmin etməkdir. Dövlət başçısı bildirib ki, Tehranın hərəkətləri ABŞ-nin- xaricdə yerləşən hərbi bazalarına birbaşa təhdid yaradır.
Tramp vurğulayıb ki, Vaşinqton artıq buna dözmək niyyətində deyil.
Fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре