May–iyul aylarında istilik şoku RİSKİ VAR

El Niño hava hadisəsi 2026-cı ilin ortalarından etibarən yenidən güclənə bilər.

Day.Az xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatının (WMO) son hesabatın bildirilib.

Qeyd edilib ki, Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin temperaturunun artması bu prosesin əsas siqnalı kimi qiymətləndirilir.

Mütəxəssislər xüsusilə may-iyul dövrünün həlledici olacağını və bu müddətdə temperatur anomaliyalarının artmasının El Niño-nu tetikleyə biləcəyini bildirir.

Alimlər xəbərdarlıq edir ki, El Niño yalnız regional deyil, qlobal iqlim sisteminə təsir edən mühüm prosesdir. Onun baş verməsi dünya üzrə orta temperaturun daha da yüksəlməsinə, həmçinin sel, quraqlıq və tropik fırtınalar kimi ekstremal hava hadisələrinin artmasına səbəb ola bilər. Xüsusilə Cənubi Amerikada güclü yağışlar, Avstraliya və Cənub-Şərqi Asiyada isə quraqlıq riski gözlənilir.

Bu dəyişikliklərin kənd təsərrüfatına da ciddi təsir edəcəyi vurğulanır. Su qıtlığı məhsuldarlığı azalda, həddindən artıq yağıntılar isə torpaq eroziyası və məhsul itkisinə gətirib çıxara bilər. Mütəxəssislər ölkələri əvvəlcədən tədbir görməyə, su idarəetməsini gücləndirməyə və erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməyə çağırır.