https://news.day.az/azerinews/1830897.html Məktəblərdə kütləvi yoxlamalarla bağlı agentlikdən AÇIQLAMA Son baş verən hadisələr çantada gətirilən əşyalarla birbaşa bağlı deyil. Bu cür hadisələr məktəbdən kənarda da baş verə bilər. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Məktəblərdə kütləvi yoxlamalarla bağlı agentlikdən AÇIQLAMA

Azərbaycanca, 28 апреля 2026 12:43 (UTC +04:00) 259
Məktəblərdə kütləvi yoxlamalarla bağlı agentlikdən

Son baş verən hadisələr çantada gətirilən əşyalarla birbaşa bağlı deyil. Bu cür hadisələr məktəbdən kənarda da baş verə bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bir neçə məktəbdə mühafizə xidməti təşkil olunsa da, bu cür problemlərin tam qarşısını almaq hər zaman mümkün olmur:

"Direktor, müəllim, müavin və psixoloq - hər kəs öz vəzifəsini vicdanla yerinə yetirməlidir. Bizim üzərimizə düşən əsas vəzifə isə bu sahə ilə bağlı qayda və təlimatları hazırlayıb məktəb icmasına çatdırmaqdır. Əsas məqsədimiz hadisələrin qarşısını almaqdır və nəticələrə əsaslanaraq bu istiqamətdə addımlar atırıq".

Agentlik sədri qeyd edib ki, məktəblərdə təhlükəsizliklə bağlı monitorinqlər keçirildiyi barədə iddialar doğrudur.

"Bəli, məktəblərdə təhlükəsizliklə bağlı monitorinqlər aparılır".

Qeyd edək ki, son aylarda Bakı məktəblərində bir sıra neqativ hadisələr baş verib. Belə ki, məktəblərdən birində şagirdin müəllimə qarşı silahlı hücum etməsi, digər məktəbdə şagirdlər arasında zorakılıq halları, eləcə də sosial şəbəkələrdə təhlükə xarakterli paylaşımlar kimi hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости