https://news.day.az/azerinews/1831324.html Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ Bu il Faşizm üzərində qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq. Day.Az xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

Azərbaycanca, 30 апреля 2026 10:08 (UTC +04:00) 511
Azərbaycanda 3 gün ardıcıl iş

Bu il Faşizm üzərində qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Day.Az xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq.

Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости