https://news.day.az/azerinews/1832627.html Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürülüb Sosial Xidmətlər Agentliyi Goradil qəbiristanlığında Fatimeyi Zəhra Məscidinin yanında tapılan uşağın vəziyyətini nəzarətə götürüb.

Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürülüb

Azərbaycanca, 6 мая 2026 11:42 (UTC +04:00) 274
Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürülüb

Sosial Xidmətlər Agentliyi Goradil qəbiristanlığında Fatimeyi Zəhra Məscidinin yanında tapılan uşağın vəziyyətini nəzarətə götürüb.

Day.Az xəbər verir ki, agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.

"Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcək".

Xatırladaq ki, dünən Goradil qəbirsitanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynləri tapılıb. "Azərbaycan Uşaqları" birliyinin sədri Kəmalə Ağazadə isə sosial media hesabında uşağın anasının ondan rəsmi imtina etdiyi barədə məlumat paylaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости