Rusiyada balkonda kabab bişirənlər cərimələnə bilər

Rusiyada balkon və eyvanlarda manqal yandıraraq kabab bişirən şəxslərə yüksək cərimələr tətbiq oluna bilər.

Day.Az xəbər verir ki, hüquqşünas Olqa Leonovanın sözlərinə görə, bu, yanğın təhlükəsizliyi qaydalarının pozulması sayılır.

Balkonda kabab bişirməyə görə 5 min rubl (təxminən 113 manat) cərimə nəzərdə tutulur. Yanğın və ya xəsarət baş verərsə, cərimə 15 min rubla (təxminən 341 manat) qədər arta, ağır nəticələr zamanı isə cinayət məsuliyyəti yarana bilər.

Qaydalar yaşayış binaları ilə yanaşı, otel və yataqxanalardakı eyvan və lojikalara da şamil olunur.