Varşavada Visla çayının üzəridəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb - FOTO
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və Varşava meriyasının dəstəyi ilə Azərbaycanın Müstəqillik Günü münasibətilə Varşava şəhərinin simvollarından biri hesab olunan Şlonsko-Donbrovski körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs Azərbaycan və Polşa xalqları arasında dostluq, həmrəylik və qarşılıqlı hörmətin rəmzi kimi böyük maraq və rəğbətlə qarşılanıb. Körpünün mavi, qırmızı və yaşıl rənglərlə bəzədilməsi Varşava sakinləri və şəhər qonaqları üçün xüsusi vizual görüntü yaradıb.
Qeyd edək ki, Şlonsko-Donbrovski körpüsü Visla çayı üzərində yerləşən və Varşavanın ən mühüm nəqliyyat yollarından biri sayılan tarixi körpülərdəndir. İlk dəfə XX əsrin əvvəllərində inşa edilən körpü İkinci Dünya müharibəsi zamanı ciddi dağıntılara məruz qalsa da, sonradan bərpa edilərək şəhərin əsas simvollarından birinə çevrilib. Bu körpü təkcə mühəndislik baxımından deyil, həm də Varşavanın tarixi yaddaşında xüsusi yer tutması ilə seçilir. Azərbaycanın Müstəqillik Günündə məhz bu körpünün bayraq rəngləri ilə işıqlandırılması tədbirə xüsusi rəmzi məna qazandırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре