Cərimə balları ilə bağlı MÜHÜM XƏBƏR
Cərimə ballarının artırılması ilə bağlı xəbərlər bir sıra müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Day.Az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, cərimə ballarının limitini artırmaq əvəzinə bəzi hallarda cərimə ballarını azaltmaq daha doğru ola bilər.
O, misal çəkərək qeyd edib ki, dayanma-durma qaydasının pozulmasına görə iki cərimə balının tətbiqi bir qədər artıq görünür.
"Bu pozuntu üçün bir balın yetərli olduğunu düşünürəm. Eyni zamanda, sürücülərin də baxışını nəzərə almaq vacibdir. Çünki qayda pozuntuları çox vaxt təsadüfən baş verir, bəziləri isə tamamilə əsassız ola bilir. Ona görə də cərimə sistemində bir qədər yumşaqlıq olmalıdır.
Ümumilikdə, ya bəzi cərimə halları sadələşdirilə, ya cərimələr daha düzgün tətbiq oluna, ya da cərimə ballarının və limitlərinin artırılması variant kimi nəzərdən keçirilə bilər. Bu yanaşmalar həm sürücülər üçün ədalətli olar, həm də qayda pozuntularının qarşısını almağa kömək edər", - deyə o bildirib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре