Azərbaycanda 6 kəndlə əlaqə kəsildi
Day.Az представляет новость на азербайджанском языке
RTV (Region TV) xəbər verir ki, bu gün Quba-Xınalıq yolunda qar uçqunu baş verib. Qar uçqunu yolun 36 və 37-ci km-də qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.
ХХХ
RTV (Region TV) xəbər verir ki, dekabrın 22-si səhər saatlarında baş verən qar uçqunu nəticəsində Quba-Xınalıq yolu bağlanıb. Bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu Quba-Xınalıq yolunun 36-37-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır.
İdarənin canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır.
Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре