Gündə 1 çay qaşığı sarıkök orqanizminizi belə dəyişər

Day.Az представляет новость на азербайджанском языке

Sarıkökün faydaları

Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür.

Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını artırar.

Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək.

Sarıköklə müalicə

1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək.

2. Orqanizminizi toksinlərdən təmizləmək üçün bir aylıq sarıköklə müalicə kursuna başlayın. Xüsusilə bu proseduru yazda edin. Səhərlər acqarına yarım çay qaşığı ədviyyatı su ilə qarışdırıb için. 15 dəqiqə heç nə yeməməyə çalışın.

3. Əgər az da olsa sizdə anemiyanın əlamətləri varsa, onda balla sarıkök qəbul edin. Bu orqanizmdəki dəmir qıtlığını aradan qaldırılacaq. ¼ çay qaşığı sarıkökü bir az balla qarışdırın. Bu dadlı dərmanı hər gün acqarına qəbul edin. İstəsəniz onu su ilə də içə bilərsiniz.

4. İmmunitet zəifləyəndə bu resetdən istifadə edin: 0,5 ç.q. sarıkök tozunu 30 ml isti südlə qarışdırın, onu gün ərzində kiçik porsiyalarla qəbul edin.

Bir neçə günə vəziyyətinizin yaxşılaşdığını hiss edəcəksiniz.

Sarıköklə müalicənin əks göstəriciləri: kəskin mədə xorası və böyrək xəstəliklərində bu ədviyyatdan istifadə etmək məsləhət görülmür.

İki yaşına qədər uşaqlara sarıkök vermək olmaz, 5 yaşına qədər uşaqlara isə ehtiyyatla vermək lazımdır. Hamilə və ya süd verən analar hərdən, çox az miqdarda sarıkökdən istifadə edə bilərlər.

exobaku.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.