Bərdədə ağır yol qəzası: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Bərdə şəhərinin koroğlu küçəsində qeydə alınıb. 
Belə ki, Tərtər rayon sakini, 28 yaşlı Rahib Quliyevin idarəetdiyi 02-BM-893 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21011" markalı, idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü R.Quliyev və avtomobildə olan iki sərnişin - Tərtər rayon sakinləri, 24 yaşlı Ayaz Məmmədov, 25 yaşlı Nail Musayev müxtəlif dərəcəli bədən xəsarələri alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna hər üç yaralının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.