Qvardiolanın bacısı istefaya göndərildi

Day.Az представляет новость на азербайджанском языке

İspaniya parlamenti Kataloniya əyalətinə müstəqillik verilməsini əngəlləyən Konstitusiyanın 155-ci maddəsini tətbiq etməyə razılıq verib.

Bu qərar muxtariyyətin birbaşa İspaniya hökuməti tərəfindən idarəsini nəzərdə tutur. Ona görə Kataloniyanın bütün xarici ölkələrdə yerləşən konsulları geri çağrılıb.

Day.Az goal.az-a istinadən xəbər verir ki, bunların arasında Danimarkada fəaliyyət göstərənDanni Françeska Qvardiola da var. O, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın bacısıdır. Danni Françeska bu vəzifədə 8 aydır ki çalışırdı. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.