"Qarabağ Vyana" klubunun geniş yığıncağı keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" futbol klubunun geniş yığıncağı keçirilib. 

Day.Az report-a istinadən xəbər verir ki, hesabat xarakterli sayca üçüncü dəfə təşkil olunan tədbiri klubun avstriyalı vitse-prezidenti Manfred Modli açıb. 

Əvvəllər Avstriya hökuməti şurasının məsləhətçisi olmuş, "Bavag Bank"da uzun müddət idarə heyətində icraçı direktor vəzifələrində çalışmış, hazırda isə Avstriya Kanoe Federasiyanın prezidenti olan Manfred Modli çıxışında Qarabağın Azərbaycan dilində mənasından, ölkə üçün əhəmiyyətindən, klubun adı və tarixindən danışıb. O bildirib ki, Qarabağ tarixən Azərbaycanın önəmli bir regionu olub və ölkə tarixi, mədəniyyəti, incəsənətində xüsusi əhəmiyyət kəsb edib.

"Qarabağ Vyana"nın prezidenti Orxan Vəliyev klub qurulan gündən bu vaxta kimi qarşıya qoyulan hədəflərdən və həyata keçirilən uğurlardan bəhs edib. O həmçinin cari ildə klubun hədəflərindən, infrastrukturundan da söz açıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.