"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

Day.Az представляет новость на азербайджанском языке

"Real Madrid"in ulduz futbolçusu Ronaldu martın 29-da doğma şəhəri Funşalda olub. O, Madeyra hava limanına onun adının verilməsi münasibətilə təşkil olunan mərasimə qatılıb. Aeroportun girişində qoyulan Ronaldunun büstünün ona oxşamadığı barədə fikirlər maraq doğurub.

Day.Az goal.az-a istinadən xəbər verir ki, büstü hazırlayan Manuel Santuş bu fikirlərə münasibət bildirib.

"Hətta İsa da hamının sevimlisi deyildi. Bu, zövq məsələsidir. Büstü düzəldəndə Ronaldunun internetdən tapdığm şəkillərindən istifadə etmişəm. Onları qarşıma qoyub işə başlamışdım. Ronaldu büstün fotosu təqdim olunmamışdan öncə görmüşdü. Onun qardaşı ilə Madeyra muzeyində idik. Göndərdiyi mesajdan məlum oldu ki, büstündən razıdır", - Santuş deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.