"Sevişməkdən də həzz alın, ancaq ..."

Day.Az представляет новость на азербайджанском языке

"Sadəcə təəssüf edirəm. Metroda, cəmiyyət içində öpüşən və ya öpüşməyə cəhd edən gəncləri dəstəkləyən nə qədər gənc var imiş. Yox, qətiyyən öpüşməyin əleyhinə deyiləm, amma hər şeyin öz yeri var mənim aləmində".

Day.Az big.az-a istinadən xəbər verir ki, bu sözləri ATV-nin aparıcısı Vüsalə Kərimova deyib. O da jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı statusa biganə qalmayıb:

"Hər öpüşün də öz fərqi var. Hər halda o gənclərin öpüşü dostluq olsaydı, arada intim hisslər olmasaydı kimsənin qəzəbinə gəlməzdi! Noldu ki sizə? Niyə dəyişdi gəncliyimiz? İntim hisslərinizi gözümüzə soxmaq üçün bircə 7-dən 77-yə istifadə olunan metromu qalmışdı? Sizcə metroda millətin bir-birinin qoxusunu udmağa məcbur olduğu ortamda öpüşmək tərbiyədir? İstəmirəm belə tərbiyəni! Niyə o gözəl hissi gözdən könüldən uzaq, kimsənin görmədiyi, hiss etmədiyi gizli məkanda yaşamaq istəmirsiz? Niyə özünüz öz intim hisslərinizdən zövq almağı bacarmırsız? Niyə sizin marçıltılarınızı nənələr, babalar eşitməlidir? Niyə ağzınızın suyunu körpələr görməlidir? Bu qədərmi alçalıb sevgi hissiniz? Sevin, sevilin, sevgidən də, sevişməkdən də həzz alın...Amma bunu can üçün yaşayın, camaat üçün yox, lütfən!".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.