Daha bir gənc dənizdə batıb

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Xaçmaz rayonunda 18 yaşlı gənc dənizdə batıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Ərməki kənd sakini 18 yaşlı Elvin Kərimov dənizdə batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndində olan sahilində qeydə alınıb. Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 18 yaşlı gəncin qadağan olunan ərazidə çimdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.