https://news.day.az/azerinews/1143556.html FIFA ilin futbolçusu adına namizədləri açıqladı

FIFA ilin futbolçusu adına namizədləri açıqladı

Azərbaycanca, 1 августа 2019 15:53 (UTC +04:00) 362
FIFA ilin futbolçusu adına namizədləri açıqladı

FIFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, "The Best" mükafatına on futbolçu namizəddir:

Kriştiano Ronaldo ("Yuventus" / Portuqaliya), Frenki de Yonq ("Ayaks" / Hollandiya), Matteis de Liqt ("Ayaks" / Hollandiya), Eden Hazard ("Çelsi" / Belçika), Harri Keyn ("Tottenhem" / İngiltərə), Sadio Mane ("Liverpul" / Seneqal), Kilian Mbappe (PSJ / Fransa), Lionel Messi ("Barselona" / Argentina), Məhəmməd Salah ("Liverpul" / Misir), Vircil van Dayk ("Liverpul" / Hollandiya).

Qeyd edək ki FIFA-nın saytındakı sorğuda azarkeşlər ilin futbolçusunu müəyyənləşdirəcək. Qalibin adı sentyabrın 23-ü, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.

Xatırladaq ki, ötən mövsüm bu mükafatı Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç qazanmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости