https://news.day.az/azerinews/1766973.html Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi Prezident İlham Əliyev "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

Azərbaycanca, 11 июля 2025 11:34 (UTC +04:00) 829
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.

Bundan başqa, dövlət başçısı "Yaşayış minimumu haqqında" qanunla bağlı fərman imzalayıb.

Fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti "Yaşayış minimumu haqqında" qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости