Tərtərdə minaya düşənlərin son vəziyyəti açıqlanıb

Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə TƏBİB-dən Trend-ə bildirilib.

"Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır. Onlardan birinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir", - məlumatda deyilir.