Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günündən maraqlı anlar

Aprelin 22-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci günü keçirilir.

Day.Az xəbər verir ki, hazırda fərdi proqram üzrə təsnifat yarışı başa çatıb - gimnastlar gürzlər və lentlə hərəkətləri təqdim ediblər. İndi üç lent və iki top ilə proqramlarda komandalar qrup hərəkətlərini nümayiş etdirir.

Tamaşaçılar yarışın hər bir iştirakçısını dəstəkləyir, bədii gimnastika ulduzları isə gözəl proqramlar nümayiş etdirirlər.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.

Trend Bakıda keçirilən Dünya Kuboku yarışlarının ikinci gününün ən maraqlı anlarının fotolarını oxuculara təqdim edir:

Foto: Zaur Mustafayev