Prezident İlham Əliyev Moskvada dövlət və hökumət başçılarının şərəfinə verilən işçi səhər yeməyində iştirak edib

Mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından Ali Avrasiya İqtisadi Şurasının üzv, müşahidəçi və dəvət olunmuş ölkələrin dövlət və hökumət başçılarının şərəfinə işçi səhər yeməyi verilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.