Xankəndidə yaşayan Larisa evi yandırılan azərbaycanlıya belə reaksiya verdi

Hazırda Xankəndidə yaşayan erməni əsilli Larisa Stepanyan ötən 35 il ərzində baş verənlərə görə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanı və Serj Sarkisyanı gönahlandırıb.

Day.Az xəbər verir ki, Stepanyan bu mövzuya İctimai TV-yə müsahibəsində toxunub.

O bildirib ki, hazırda Xankəndidə tək yaşayır. 70 yaşlı qadın bu illər ərzində gördüklərindən bəhs edib.

Larisa Stepanyan 35 il əvvəl evi yandırılan və Qarabağdan qovulan Xankəndi sakini ilə də söhbət edib. 

Həmin görüntüləri təqdim edirik: