Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib
Qazaxstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.
Day.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qroznı marşutu ilə hərəkət edən, Qazaxstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbirsanlığında dəfn olunacaq.
Qeyd edək ki, R.Filliyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlan körpəsi var.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре