https://news.day.az/azerinews/1746190.html
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurdu
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 100-cü qolunu vurub. Day.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib. "Turan Tovuz"la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolunu vurdu
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.
Day.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.
"Turan Tovuz"la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.
"Araz-Naxçıvan" "100"ə 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.
Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре