https://news.day.az/azerinews/1756422.html
Bakıda minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilir
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin oyunları baş tutacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşmalarda 8 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.
Bakıda minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilir

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin oyunları baş tutacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşmalarda 8 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.
Qarşılaşmalar gün ərzində baş tutacaq və qalib komandalar turnirin yarımfinal mərhələsinə yüksələcək. Oyunun dəqiq cədvəli və iştirakçı komandalarla bağlı əlavə məlumat yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
17:30. Macarıstan - Mavritaniya
19:00. Monteneqro - Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina - Serbiya
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре