https://news.day.az/azerinews/1756968.html Minifutbol üzrə Azərbaycan millisi DÇ-nin finalında Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb. Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib.

Minifutbol üzrə Azərbaycan millisi DÇ-nin finalında

Azərbaycanca, 30 мая 2025 21:16 (UTC +04:00) 439
Minifutbol üzrə Azərbaycan millisi DÇ-nin finalında

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər.

Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub. Millimizin rəqibi Macarıstan - Çexiya matçında müəyyənləşəcək.

Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30

Qeyd edək ki, final və 3-cü yer uğrunda oyun iyunun 1-də keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости