ABŞ-nin İllinoys Urbana-Şampeyn Universitetində Zəfər Gününə həsr əlunan tədbir keçirilib - FOTO
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin əməkdaşları İllinoys Urbana-Şampeyn Universitetində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən Day.Az-а verilən məlumata görə, tədbirdə İllinoys Universitetinin professor, müəllim və tələbə heyəti, Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və Mərkəzin üzvləri və Çikaqoda yaşayan həmvətənlilər iştirak etmişlər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Səfirliyin əməkdaşı Ramel Lətifov qeyd etmişdir ki, 8 noyabr tarixi hər bir azərbaycanlı üçün dərin məna daşıyır. Bu tarix Şuşa şəhərinin işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası günüdür. Bu gün xalqımızın möhkəmliyini və birliyini simvolizə edir, sülh, suverenlik və ədalət uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
R. Lətifov Səfirlik adından Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinə, Azərbaycan Tələbə Assosiyasiyasına, İllinoys Urbana-Şampeyn Universitetinə, tələbələrimizə və bu bayramın keçirilməsinə şərait yaradan hər kəsə təşəkkür etmişdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре