Siyəzəndə avqustdan itkin düşən yeniyetmə

Avqustun 16-da yaşadığı evdən çıxdıqdan sonra itkin düşmüş Siyəzən rayon sakini, 2008-ci il təvəllüdlü Sənan Bəşir oğlu Bəşirov tapılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupu məlumat yayıb.

Bildirilib ki, yeniyetmə polislər tərəfindən tapılaraq ailəsinə verilib.