“Holberton School Azerbaijan”ın yeni təlim proqramları başladı - FOTO
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), "PASHA Holding" və "Holberton School Azerbaijan" ın birgə əməkdaşlığı çərçivəsində 4 yeni proqrama start verilib.
25 noyabr tarixində sözügedən təlim proqramının tədrislərinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə "Holberton School Azerbaijan"ın icraçı direktoru Şəmsi Bayramzadə, İRİA-nın sədr müavini Şahin Əliyev, "PASHA Holding" nümayəndəsi Tuğra Musayeva, eləcə də "Holberton School"un təsisçisi Florian Buçer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda təlimlərin əhəmiyyəti, ölkənin İKT ekosisteminin inkişafına verəcəyi töhfələr və bu sahədə gələcək əməkdaşlıq imkanları vurğulanıb. Tədbir məzunların nailiyyətlərinin təqdimatı, yeni tələbələr tərəfindən gözləntilər və təşəkkür nitqi, həmçinin təlimlərin ilk günlərindən görüntüləri əks etdirən videoçarx nümayişi ilə davam edib.
Təlim proqramı üzrə "Holberton School Azerbaijan"a daxil olan 5213 müraciət arasından seçilən 200 nəfər proqrama qəbul olunub. Proqram çərçivəsində 160 nəfər məzunun yetişdirilməsi nəzərdə tutulur.
Tədris proqramları "Full-Stack Web Development və AI" (9 ay), "Cybersecurity" (10 ay), "Machine Learning" (10 ay), "Computer Science" (9 ay) və "Generative AI" (3 ay) olmaqla 5 istiqamətdə həyata keçiriləcək. Qeyd edək ki, "Generative AI" istiqaməti üzrə qeydiyyatın 2026-cı ilin fevral ayında elan edilməsi nəzərdə tutulur.
Təlim proqramının əsas məqsədi İKT sahəsində ixtisaslı kadrlar hazırlamaq, orta təhsilini tamamlamış və ya təhsilini yarımçıq qoymuş şəxsləri bu sahəyə cəlb etmək, peşə dəyişikliyi etmək istəyənlərə dəstək olmaq, eyni zamanda ölkədə İKT savadlılığını artıırmaq və bu istiqamətdə iqtisadi inkişafa töhfə verməkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре