https://news.day.az/azerinews/1819224.html Serbiya diplomatları İrandan Azərbaycana təxliyə olunacaq - Vuçiç Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücuma məruz qalmayıb, lakin binaya düşən qəlpələr nəticəsində müəyyən ziyan dəyib. Day.Az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlayıb.

Serbiya diplomatları İrandan Azərbaycana təxliyə olunacaq - Vuçiç

Azərbaycanca, 1 марта 2026 17:07 (UTC +04:00) 314
Serbiya diplomatları İrandan Azərbaycana təxliyə olunacaq

Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücuma məruz qalmayıb, lakin binaya düşən qəlpələr nəticəsində müəyyən ziyan dəyib.

Day.Az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlayıb.

 

Onun sözlərinə görə, zərbələrdən biri Bəsic bazasına endirilib və partlayış nəticəsində yaranan qəlpələr Serbiya səfirliyinə zərər vurub. "İrandakı diplomatlarımıza gəldikdə isə, bu gün əməkdaşlarımız Azərbaycan istiqamətində təxliyə ediləcək", - deyə Vuçiç bildirib.

Dövlət başçısı əlavə edib ki, Serbiyanın səfiri müvəqqəti olaraq Azərbaycana göndəriləcək, daha sonra isə Tehrana geri dönəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости