Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər  birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm".