Doğum sayı ilə bağlı

2026-cı il üzrə hələ tam illik rəsmi statistika açıqlanmasa da, ilin ilk aylarına dair məlumatlar mövcuddur.

Day.Az Ədliyyə Nazirliyinin qeydiyyat məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin 1 yanvar - 15 mart tarixləri arasında 13 683 uşaq doğulub.

Eyni dövrdə 2025-ci ildə bu rəqəm 22 119 olub. Həmçinin, 2026-cı ilin yanvar-fevral aylarında doğumların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,3% fərq göstərib.

2025-ci ilin yekun rəsmi göstəricilərinə görə ölkədə 95 875 uşaq doğulub. 2024-cü ildə isə bu göstərici 102,3 min təşkil edib. 2025-ci ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 9,4 olub.

Cins bölgüsündə oğlanlar üstünlük təşkil edir - rəsmi statistikaya əsasən doğulanların təxminən 53-54%-i oğlan, 46-47%-i qızdır.

Nəsimi Ələsgərli