https://news.day.az/azerinews/1829870.html Azərbaycan və Qazaxıstan neft təchizat zəncirlərinin optimallaşdırılması üzərində fəal iş aparırlar Qazaxıstan və Azərbaycan neft təchizat zəncirlərinin optimallaşdırılması üzərində fəal iş aparır.

Azərbaycan və Qazaxıstan neft təchizat zəncirlərinin optimallaşdırılması üzərində fəal iş aparırlar

Azərbaycanca, 23 апреля 2026 15:18 (UTC +04:00) 282
Azərbaycan və Qazaxıstan neft təchizat zəncirlərinin optimallaşdırılması üzərində fəal iş aparırlar

Qazaxıstan və Azərbaycan neft təchizat zəncirlərinin optimallaşdırılması üzərində fəal iş aparır.

Day.Az xəbər verir ki, bunu Trend-ə "KQM Kaşaqan B.V"şirkətinin baş direktorunun kommersiya məsələləri üzrə müavini Kuanış Keskinbayev Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumu çərçivəsində verdiyi özəl müsahibədə bildirib.

"Bizim işlədiyimiz ümumi saziş mövcuddur. Bu saziş çərçivəsində tranzit həcmlərinin artırılması istiqamətində daimi əsaslarda iş aparırıq. Lakin açıq desək, ən əsas məsələ marşrutun iqtisadi səmərəliliyidir. Çünki bu, çox uzun və multimodal bir marşrutdur və biz hazırda bu məsələnin həlli üzərində fəal işləyirik", - deyə Keskinbayev qeyd edib.

O həmçinin, Qazaxıstan neftinin Azərbaycan üzərindən mövcud tədarük həcmlərinə aydınlıq gətirib:

"Kaşaqan yatağından ildə təxminən 250 min ton nefti Azərbaycan üzərindən nəql edirik, Tengizdən isə təxminən 1,5 milyon ton", - o bildirib.

Yeni layihələrin perspektivlərindən danışan Keskinbayev qeyd edib ki, hal-hazırda iri həcmli yeni təşəbbüslərin başlanması planlaşdırılmır.

Bununla belə, o, Tengiz yatağında hasilatın genişləndirilməsini xatırladıb:

"Tengizdə genişləndirmə çərçivəsində üçüncü nəsil zavod istifadəyə verilib ki, bu da illik hasilatın 10-11 milyon ton artırılmasına imkan yaradıb", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости