Çovdar yoxsa tam taxıl çörəyi: Hansını seçmək daha sağlamdır?

Dietoloqlara görə, həm çovdar, həm də tam taxıl çörəyi sağlam seçimdir, lakin üstünlükləri fərqlidir.

Day.Az xəbər verir ki, çovdar çörəyi daha aşağı qlikemik indeks-ə malikdir və qan şəkərinin daha stabil qalmasına kömək edir.

Bu xüsusiyyət xüsusilə diabet riski olanlar üçün onu daha əlverişli edir. Ürək və həzm baxımından da çovdar çörəyi önə çıxır. O, həll olunan liflə zəngindir, bu isə LDL xolesterol səviyyəsini azaltmağa və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edir. Eyni zamanda prebiotik təsir göstərərək faydalı bakteriyaların artımını dəstəkləyir və qəbizliyin qarşısını ala bilər.

Tam taxıl çörəyi isə daha çox protein və enerji verir, toxluq hissini artırır və ümumi qidalanma baxımından balanslı seçim sayılır.

Nəticə olaraq, qan şəkəri, ürək və həzm problemləri olanlar üçün çovdar çörəyi bir qədər üstün hesab olunur, lakin hər iki növ ağ çörəklə müqayisədə daha sağlam alternativdir.