Türkiyənin xarici işlər naziri iranlı və pakistanlı həmkarları ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri Abbas Araqçi və Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr bildirib.

 

Məlumata əsasən, telefon danışığı zamanı İran ilə ABŞ arasındakı son vəziyyət müzakirə olunub.