https://news.day.az/azerinews/1834002.html “e-Tabib” fəaliyyətini dayandırıb Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən məqsədyönlü işlər aparılır.

“e-Tabib” fəaliyyətini dayandırıb

Azərbaycanca, 13 мая 2026 10:42 (UTC +04:00) 281
“e-Tabib” fəaliyyətini dayandırıb

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası istiqamətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən məqsədyönlü işlər aparılır.

TƏBİB-dən Day.Az-a verilən məlumata görə, rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.

Bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости