Ermənistan-ABŞ Anlaşma memorandumu imzalanıb - YENİLƏNİB
İrəvanda ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Ermənistan-ABŞ Anlaşma memorandumunu imzalayıblar.
Bu barədə Day.Az Ermənistan mediasına istinadən xəbər verir.
Sənədin imzalanmasından sonra ali diplomatlar jurnalistlər qarşısında bəyanatla çıxış ediblər.
XXX
15:57
ABŞ dövlət katibi Marko Rubionun Ermənistana rəsmi səfəri başlayıb. Amerikalı ali diplomat və onun həyat yoldaşını daşıyan təyyarə artıq İrəvan aeroportuna çatıb.
Day.Az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Rubionu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan həyat yoldaşı ilə birlikdə qarşılayıb
Qeyd edək ki, Rubionun Ermənistanın XİN rəhbəri ilə görüşündən sonra Ermənistan və ABŞ arasında Anlaşma memorandumunun imzalanması planlaşdırılır. Memorandumun məzmunu barədə məlumat verilmir.
Xəbər yenilənir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре