https://news.day.az/azerinews/1837450.html
Güclü yağış metronun intervalına təsir edib
Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində Bakı metropolitenində sərnişin axınında artım qeydə alınıb. Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Güclü yağış metronun intervalına təsir edib
Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində Bakı metropolitenində sərnişin axınında artım qeydə alınıb.
Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb.
Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən qatarların hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahidə olunur.
Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре