https://news.day.az/azerinews/1838041.html Günəşdə güclü partlayış baş verib Günəşdə güclü alışma baş verib. Day.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Bu mayın 22-dən bəri ulduzda baş vermiş ən güclü parlayışdır.

Günəşdə güclü partlayış baş verib

Azərbaycanca, 29 мая 2026 16:00 (UTC +04:00) 326
Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü alışma baş verib.

Day.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bu mayın 22-dən bəri ulduzda baş vermiş ən güclü parlayışdır.

Mütəxəssislərin məlumatına görə, mayın 29-da saat 10:22-də (Bakı vaxtı ilə 11:22-də ) rentgen diapazonunda Günəş ləkələrinin 4455-ci qrupunda M1.2 sinifli alışma qeydə alınıb. Alışmanın davametmə müddəti 24 dəqiqə olub.

İnstitutda bildirilib ki, bundan əvvəl M sinifli alışma mayın 22-də qeydə alınmışdı. Həmin hadisə Yer istiqamətinə plazma tullantısı ilə müşayiət olunmuşdu.

Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости