https://news.day.az/azerinews/1839594.html Rəqiblər bizi yaxşı analiz etmişdilər, hər bir oyunda çətinlik çəkdik - millinin müdafiəçisi Turnirə çox ciddi hazırlaşmışdıq. Ölkə daxilində və ölkə xaricində millinin məşqləri keçirmişdik. Trend xəbər verir ki, bu fikirləri minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisinin müdafiəçisi Taleh Babayev hava limanında jurnalistlərə açıqlamasında deyib.

Rəqiblər bizi yaxşı analiz etmişdilər, hər bir oyunda çətinlik çəkdik - millinin müdafiəçisi

Azərbaycanca, 5 июня 2026 19:53 (UTC +04:00) 729
Rəqiblər bizi yaxşı analiz etmişdilər, hər bir oyunda çətinlik çəkdik

Turnirə çox ciddi hazırlaşmışdıq. Ölkə daxilində və ölkə xaricində millinin məşqləri keçirmişdik.

Trend xəbər verir ki, bu fikirləri minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisinin müdafiəçisi Taleh Babayev hava limanında jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, milllo Avropa çempionatına çox ciddi hazırlaşıb:

"Turnirə son çempion kimi qatılmışdıq. Bütün rəqiblər də bizi yaxşı analiz etmişdilər. Hər bir oyunda çətinlik çəkdik. Millinin hər bir üzvü oyunlara tamamilə fərqli motivasiya hissi ilə çıxırdı. Biz bu çətin işin öhdəsindən gəldik. İkinci dəfə ardıcıl Avropa çempionu olduq. Üzərimizdə çox böyük məsuliyyət hissi var idi".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости